AZ

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR

Güc, məharət, çeviklik və nizamın vəhdəti...
 
Daxili İşlər Nazirliyi Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edərək, işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək verilən tapşırıqların öhdəsindən cəsarətlə gəlir.
 
Xidməti-döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə şəxsi heyətin mükəmməl hazırlanması xüsusi əhəmiyyət kəsb edir. 
 
Bunun üçün döyüş təlimi prosesinin keyfiyyətli təşkili, onun məzmun və üsullarının davamlı olaraq təkmilləşdirilməsi, yeni texnika, silahlar, xüsusi vasitələrin xüsusiyyətlərinin praktiki mənimsənilməsi, fəaliyyət taktikası üzrə məşqlərin real şəraitə uyğun keçirilməsi peşəkarlıq vərdişlərinin formalaşmasında əsaslı zəmin yaradır.
 
Moderator.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla