AZ

Sinif yoldaşları ilə dərsdə olub: Anası gəlib deyib ki, “Real”la uçmalısan

“Real”ın əfsanəvi qapıçısı İker Kasilyas maraqlı açıqlama verib.

Ulusal.az xəbər verir ki, o, Madrid klubundakı macərasının necə başlamasından danışıb:

“Anam mənə Çempionlar Liqası matçı üçün “Real” ilə Norveçə uçmalı olduğumu deyəndə sinif yoldaşlarımla dərsdə idim (red – 1997/98 mövsümü “Rusenborq”la (2:0) qrup oyununu nəzərdə tutur). Dostlarla dərsdə oturan uşaqdan Fernando Morientes, Klaren Zeedorf və Raulla eyni masada əyləşən insana çevrildim”.

Kasilyas rəsmi olaraq 1999-2015-ci illərdə “Real”da çıxış edib. Bu müddət ərzində qapıçı “Kral Klubu”nun heyətində 725 oyun keçirib ki, bunun da 264-nü qolsuz başa vurub. Qalan oyunlarda isə 751 qol buraxıb.
Kasilyas Madrid klubu ilə 5 İspaniya çempionluğu, 2 İspaniya kuboku və 4 İspaniya Superkuboku qazanıb. Beynəlxalq arenada qapıçı 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun, 1 dəfə isə Klublararası Dünya Kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla