AZ

Bakıdakı yarışda növbəti medalçılar

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Msport.az xəbər verir ki, qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Mübarizə başa çatdıqdan sonra M. Podraski qələbə təəssüratlarını bölüşüb: “Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, uğurumda təcrübə böyük rol oynadı. Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi”.

O, Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitdən də bəhs edib: “Atəş meydanları haqqında ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18485
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12956
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10283
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4615
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4297
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3441
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3219
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2418
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2164
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1654
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
916
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
812
Arda dubl etdi - VİDEO
805