AZ

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər.

Onlardan biri “EFES - 2024”, digəri isə "Anadolu Ankası-2024" təlimləridir.

“EFES - 2024” təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir. Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən çoxmillətli təlimdə 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir. Bu ölkələr Türkiyə, Azərbaycan, Almaniya, ABŞ, Albaniya, Avstraliya, Bəhreyn, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Mərakeş, Filippin, Fransa, Qambiya, Qvineya, Gürcüstan, İtaliya, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Konqo, Kosovo, Küveyt, Şimali Makedoniya, Misir, Latviya, Liviya, Macarıstan, Mali, Meksika, Monqolustan, Moldova, Niger, Nigeriya, Özbəkistan, Pakistan, Polşa, Ruanda, Somali, Səudiyyə Ərəbistanı, Tacikistan, Tanzaniya, Uqanda, Zambiya və Zimbabvedir.

“EFES - 2024” bu günə qədər keçirilən "EFES" seriyalı təlimlər arasında iştirakçı sayına görə ən böyük təlim olacaq. Təlim çərçivəsində mayın 28-də İzmir Seferihisardakı Doğanbey Təlim sahəsində 48 müdafiə sənayesi şirkəti tərəfindən müdafiə sənayesi sərgisi açılacaq. Təlimin Faktiki Atış Sahəsi Fazasının elit müşahidəçi günü mayın 29-30-da keçiriləcək.

Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında “Anadolu Ankası-2024” beynəlxalq təlimi keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
31
Mənbələr
Şərh ()
Bağla