AZ

Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı iləAnar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Anar Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib.

Müəllif: Hacı Zeynalov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
43
Mənbələr
Şərh ()
Bağla