AZ

Mövlam Şixəliyev haqda son qərar verildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev barəsindəki 12 il həbs cəzası qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkum Şixəliyevin vəkili Ceyhun Yusifov çıxış edib.

Vəkil Yusifov çıxışında müvəkkilinin verilmiş ittihamlara münasibətdə təqsirsiz oıduğunu deyib, yüksək instansiya məhkəməsindən bəraət tələb edib.

Eyni iclasda Mövlam Şixəliyevlə birgə məhkum edilmiş keçmiş işçiləri - Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun da şikayətlərinə baxılıb. Onların da vəkilləri bəraət istəyiblər.

Prokuror isə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu olmadığını bildirərək, şikayətlərin rədd edilməsini tələb edib.

Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyəti tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.

Məhkəmə şikayətlərin heç birini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, M.Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib.

M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15330
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11741
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9506
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3497
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2773
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2610
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2277
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1935
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1844
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1285
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
936
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
878
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
869
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
827
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
762
Mayın ilk gününün havası açıqlanıb
724
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721