AZ

Əli Əsədov Cevdet Yılmazla görüşdü

Mayın 8-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Nazirlər Kabinetindən Yenicag.az-a bildiriblər ki, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti diqqətə çatdırılıb.

Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
29
Mənbələr
Şərh ()
Bağla