AZ

Muxtar Babayevdən YENİ TƏYİNATLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Asif Məcidov 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin edilib. Bu təyinata qədər o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

O bildirib ki, 8 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə isə 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov təyin edilib.

7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Anar Süleymanova həvalə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
Mənbələr
Şərh ()
Bağla