AZ

Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?

style='margin-bottom:10px;'>

Məlum olduğu kimi, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS Lodz komandası yeni mövsüm Polşa yüksək liqasını (Esktraklassa) tərk edəcək və birinci liqada yarışacaq.

Rahil Məmmədov 2024-cü ilin yanvarında "Qarabağ"dan ayrılaraq bu klubla müqavilə imzalayıb. 28 yaşlı futbolçu əsas heyətin futboçusu kimi LKS-in heyətində 13 oyunda meydana çıxıb. LKS birinci liqaya düşdükdən sonra R.Məmmədovun növbəti mövsümdə bu komandada qalıb-qalmayacağına dair hələ məlumat yoxdur. 

QOL.az-ın xəbərinı görə, amma Polşa mətbuat hesab edir ki, Rail Məmmədov yeni mövsümdə Esktraklassada qalmağa layiq futbolçudur. Bu ölkənin "Nowiny 24" nəşri LKS heyətinin təhlil edərkən komandadan 6 futbolçunun yeni mövsümdə Esktraklassada çıxış etməli olduğunu yazıb.

Nəşr hesab edir ki, 2024/25 mövsümündə LKS-in bir neçə oyunçusu komandanı tərk edəcək. Polşalı jurnalistləri fikrincə, yay transfer dönəmində başqa bir yüksək liqa klubunda oynamağa layiq futbolçulardan biri də R.Məmmədovdur. Digər 5 futbolçu isə Aleksander Bobek, Dani Ramirez, Antoni Mlınarçik, Hüseyn Baliç və Key Tedjandır.

Qeyd edək ki, R.Məmmədovun LKS-lə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla