AZ

Məşhur türkiyəli müğənni saxlanıldı - FOTO

Məşhur türkiyəli müğənni Kalben Sağdıç İstanbulda keçirilən narkotik əməliyyatı zamanı saxlanılıb.

Səhər saatlarında müğənninin İstanbulun Beyoğlu rayonunun Cihangir məhəlləsindəki ünvanında əməliyyat keçirilib.

Kalben saxlanılaraq İstanbul Rayon Polis İdarəsinə gətirilib.

Qeyd edək ki, hazırda populyarlığı ilə diqqət mərkəzində olan Kalben “Sadece”, “Yara”, “Düşünürüm”, “İyi değilim ben”, “Saçlar”, “Haydi söyle”, “Doya-doya” kimi tanınmış mahnıların ifaçısıdır.

Mənbə: oxu.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla