AZ

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda, istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.

Konfederasiya sədri diqqətə çatdırıb ki, əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədilə 8 yeni əməyin mühafizəsi kabineti və 718 guşə yaradılıb, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a çatdırılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.

Sonda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası da daxil olmaqla sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
Mənbələr
Şərh ()
Bağla