AZ

PSJ Çempionlar Liqasında 3 antirekorda imza atdı

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ cari mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsində iştirakına xiram verib.

Arena.az xatırladır ki, Paris təmsilçisi hər iki oyunda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olub.

Parisdə keçirilmiş cavab oyununda isə Fransa nəhəngi 3 antirekorda birdən imza atıb.

“Opta Sport” statistik internet-portalının təqdim etdiyi məlumata görə, oyun ərzində PSJ futbolçularının 4 zərbəsi rəqib qapısının çərçivəsinə tuş gəlib. Beləliklə PSJ Çempionlar Liqasında qapı çərçivəsini nişan almaqda üçqat antirekord müəyyənləşdirib:

  • Mövsümün mütləq antirekordu – 14 dəfə;
  • Ələmə mərhələsində antirekord – 4 dəfə;
  • İkioyunluq qarşılaşmalarda antirekord – 6 dəfə.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
50
Mənbələr
Şərh ()
Bağla