AZ

Mats Hummels - ÇL-in pley-offunda qol vurmuş ən yaşlı alman!

UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyunu Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Dortmund “Borussiya”sı Çempionlar Liqasının yarımfinalında Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırıb.

Almaniya klubu hər iki oyunda 1:0 hesablı qələbə qazanıb. Dünən, mayın 7-də Parisdə keçirilmiş cavab oyununda qələbə qolunun müəllifi olmuş alman mərkəz müdafiəçisi Mats Hummels üçün isə bu oyun ikiqat əlamətdar olub.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, Hummels vurduğu bu qol sayəsəində Çempionlar Liqasının ələmə mərhələlərində qol vurmuş ən yaşlı alman futbolçu olub. Oyun günün Hummels 35 yaş 143 günlüyündə olub.

Qəhrəmanımız oyun haqda fikirlərini belə ifadə edib: “Bu, bizim hamımız üçün böyük bir gündür. Biz arzumuzu gerçəkləşdirməyə çox yaxınıq, amma indi bu qələbəni layiqincə qeyd etməliyəm” – “Fantacalcio Pazzi di Fanta” dərgisi Hummelsdən sitat gətirir.

Mats Hummels “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.

Hummels cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 506 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir. Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, PSJ-yə qarşı Dortmundda keçirilmiş ilk oyunda (1:0) Hummels qarşılaşmanın ən yaxşı oyunçusu seçilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla