AZ

Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirildi - FOTO

Xalqımızın tarixində göstərdiyi misilsiz xidmətlərinə görə Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi daim əziz tutularaq hər kəsin qəlbində sanki bir abidə ucaldıb. Odur ki, hər bir azərbaycanlı bu dahi şəxsiyyətin ruhu qarşısında öz mənəvi borcunu yerinə yetirməyə çalışır. Bu mənada sənətkarlarımız Heydər Əliyevə həsr olunan dəyərli əsərlər yaradırlar ki, bunların da qiymətini tarix verir və Dövlətimiz də dəyərləndirir. SİA xəbər verir ki, 7 may 2024-cü il tarixində Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimi bu deyilənlərə əyani misaldır. Belə ki, bir neçə mədəniyyət və incəsənət xadimləri o cümlədən, görkəmli sənətkarlarımız, Xalq artisti, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanov da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Xalq artistləri Firəngiz Əlizadə və Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinə göstərilən qayğı və diqqətə, eyni zamanda onların yaradıcılığına və xidmətlərinə verilən yüksək qiymətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz səmimi təşəkkürlərini bildirdilər.

8 may 2024-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında görkəmli dövlət xadimi, dünya səviyyəli böyük siyasətçi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin böyük tarixi əhəmiyyətini qeyd etdi.

Heydər Əliyevin rəhbərliyi dövründə bəstəkarlarımıza göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayaraq Azərbaycan milli musiqi mədəniyyətinin korifeyləri – Q.Qarayev, F.Əmirov, Niyazi, M.Maqomayev ilə şəxsi dostluğu ilə bağlı, yeni-yeni dəyərli əsərlərin yaranması haqqında maraqlı düşüncələrini bildirdi. Firəngiz xanım eyni zamanda AnkaradaHeydər Əliyevin elm və incəsənət xadimləri ilə ünsiyyətini əks etdirən “Heydər Əliyev. Təltiflər” adlı kitabın işıq üzü görməsini və bunun da Heydər Əliyev irsinə daha bir töhfə olduğunu qeyd etdi. Sədr ötən il Ulu öndərin 100 illik yubileyində Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən ərsəyə gələn (ideya-müəllifi Firəngiz Əlizadə, tərtibçi-müəllif Səadət Təhmirazqızı)“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının Ulu öndərin musiqi sənətinə olan münasibətinin tarixi faktlarla təqdim olunmasını və bu kitabın hər bir musiqiçi üçün dəyərli olduğunu söylədi.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri və üzvləri iştirak edirdilər. Qocaman bəstəkarımız Tofiq Bakıxanov Ulu öndərlə olan xatirələrindən söhbət açıb, maraqlı faktlar söylədi. Hətta, videolentdə 2001-ci ildə Heydər Əliyevin bəstəkara “Şöhrət” ordeninin təqdim olunma mərasimindən fraqmentlər də nümayiş olundu.

Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Heydər Əliyev və Azərbaycan musiqi xadimləri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevə həsr olunan musiqi əsərləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı haqqında” məruzələrlə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətində misilsiz xidmətlərindən söhbət açdılar. Eyni zamanda tədbirdə iştirak edən Bəstəkarlar İttifaqının üzvləri də Ulu öndərlə bağlı xatirə və düşüncələrini söylədilər.

Tədbirdə Heydər Əliyev dühasına həsr olunan musiqi əsərlərindən nümunələr səsləndi. Yaşlı nəsil nümayəndəsi Xalq artisti Tofiq Bakıxanovun “Həmişə bizimləsən” (Ü.Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dirijor – Xalq artisti Rauf Abdullayev) simfonik poeması və gənc bəstəkar İlahə Qismətin “Sən dahisən” (“Avanqard” (bədii rəhbəri Arif Aslanov) Kamera Orkestri və Azərbaycan Milli Konservatoriyasının Tələbə Xoru,Xormeyster – Əməkdar müəllim Təranə Yusifova, Xalq artisti Heydər Anatollu (vokal), Beynəlxalq müsabiqələr laureatıOrxan Cəlilov (vokal), Təbriz Qədimalıyev (tar) və müəllifin ifasında) əsərlərinin nümayişi bir daha sübut etdi ki, hər nəslin sənətkarı Heydər Əliyevi öz musiqisində yaşadacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla