AZ

Otel otağında başına oyun açılan qadın GÖRÜN KİM İMİŞ

47 yaşlı Otteva Elvira sevgilisi Alp Mutlu ilə İstanbulda bir otelə gediblər. Otel otağında zorakılığa məruz qalan qadın sevgilisi bazara gedən kimi oteldən qaçmağı bacarıb.

Hadisənin detallarına nəzər salaq:

Rusiyada yaşayan 47 yaşlı Otteva Elvira bir il əvvəl fotolarını sosial mediada bəyənən 40 yaşlı Alp Mutlu ilə dost olub. Avtomobil sənayesində çalışan Alp Mutlu qadını İstanbula dəvət edib. Rusiya ilə Türkiyə arasında gediş-dönüş bir müddət davam etdirilib. Otteva Elvira 13 martda sevgilisini görmək üçün bir daha İstanbula gəlib. Cütlük Ataşehirdeki bir otelə yollanıb.

Otteva Elviranın iddiasına görə, görüşdükləri ilk günün sonunda Alp Mutlu qadının keçmiş ərini və 25 yaşlı oğlunu qısqanaraq iki gün ərzində ona saatlarla işgəncə verib. Tanınmaz hala gələn qadın, Alp Mutlu bazara getmək üçün otaqdan çıxanda otelin mühafizə xidmətinin yanına qaçıb. Polis tərəfindən nəzarətə alınan Alp Mutlu məhkəmə zalında “işgəncə” maddəsi ilə həbs olunub.

Xəstəxanaya müalicə üçün aparılmış Otteva Elvira polisə oteldəki iki günlük dəhşəti haqqında bunları deyib: “Oteldəki ilk günümüz çox gözəl keçdi. Mənə,-“Niyə uşaq sahibi olmuruq?” “Keçmiş ərin niyə səndən böyükdür?”,- kimi suallar verirdi. Mən də qısqandığını düşünürdüm. 14 martda çox içdi və məni döyməyə başladı. Məni döyərkən də, “niyə o uşağı dünyaya gətirmisən”, “sənin üzünü kəsəcəm, öldürəcəm”,-deyə qışqırırdı.

İlk gün məni 5 saat yumruqladı. Üzümdən axan qan əlinə bulaşmışdı. Əlindəki ​​qanı yalayaraq,- “Nə qədər gözəl dadı var”,-deyirdi. Mən heç nə edə bilmədim. Ertəsi gün 6 saat döyməyə davam etdi. Əlinə keçən hər şeyi üstümə atırdı. Başımdan təpik vurub, saçlarımı yolurdu. Martın 15-də bazara getmək üçün otaqdan çıxdı. Mənə də dedi ki, qanı təmizlə, indi gəlirəm. O gedən kimi dərhal otelin mühafizə əməkdaşlarının yanına getdim və kömək istədim. Məni bir otağa bağladılar və polis çağırdılar. Sonra Alp məni yenidən tapdı. Döyməyə davam edərkən polislər gəldi və xilas etdilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19261
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13181
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10433
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4911
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4874
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3646
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3402
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2862
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2565
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1688
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1175
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1071
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1027
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1016
Mayın ilk gününün havası açıqlanıb
965
Arda dubl etdi - VİDEO
854
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
829