AZ

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Quş

Bakı, 8 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Qroninqen, Frislandiya, Overeysel, Limburq, Şimali-Brabant, Zelandiya, Drente, Cənubi Hollandiya əyalətlərində, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, Avstriya Respublikasının Yuxarı Avstriya, Ştiriya inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının isə Oreqon, Şimali Dakota və Şimali Karolina ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
8
Mənbələr
Şərh ()
Bağla