AZ

“Bizim problemimiz apteklərdə hicaba riayət olunmadığı deyil, dərman çatışmazlığıdır”

İranın Əczaçılar Birliyinin ümumi əlaqələr şöbəsinin müdiri Hadı Əhmədi apteklərə dərman kvotalarının onlarda hicaba riayət olunmaq əsasında təyin olunacağı barədə səhiyyə təşkilatının qərarına etirazını bildirib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi Qida və Dərman Təşkilatının sədri Seyid Heydər Məhəmmədi mayın 7-də apteklərə xəbərdarlıq edərək bildirmişdir ki, onlara dərman kvotaları işçilər və müraciət edənlər tərəfindən hicaba riayət olunması əsasında təyin ediləcək və hicaba riayət olunmasa apteklərin məhkəməyə veriləcəyini deyib. 

Səhiyyə qurumunun bu qərarına İranın Əczaçılar Birliyinin müdiri Hadı Əhmədi tənqidini bildirməklə ölkədə dərman qıtlığının olduğunu deyib.

“Bizim problemimiz apteklərdə hicaba riayət  olunmadığı deyil, dərman çatışmazlığıdır. 

Bizim problemimiz müvafiq dövlət sığorta qurumlarının apteklərə borclarını ödəməmk və digər problemlərdir. 

Dərman sektoruna hazırda nağd pul lazımdır, lakin dərman alıb idxal etməyə hesabımızda məbləğ yoxdur. Problem budur”-deyə Əhmədi vurğulayıb.

Əczaçılar Birliyinin müdiri hicabla məşğul olan orqanların səhiyyə qurumlarına hicab barədə göstəriş vermələrini də qınayıb.
 
“Bizim problemimiz səhiyyə sahəsinə qeyri səhiyyə orqanlarının müdaxiləsidir. Bizim bunlardan başqa bir problemimiz yoxdur. Başqa bir sözlər deyilirsə boşdur”

Taymaz 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla