AZ

Kilian Mbappe: “Ailəmə acıyıram, azarkeşlərə yazığım gəlir”

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Fransa nəhənginin Çempionlar Liqasında iştirakına xitam verməsinə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, PSJ hər iki oyunda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olub.

Mbappe Parisdə keçirilmiş son oyunu şərh edib və ümumi nəticənin Fransa nəhəngi üçün acı mənzərəsini təsvir edib:

“Rəqib cərimə meydançalarında daha yaxşı oynadı. Ailəmə acıyıram, azarkeşlərə yazığım gəlir. Əlimizdən gələn hər şeyi etməyə çalışdıq, amma bu, kifayət etmədi. Bu mövsüm biz uzağa getməyə qadir olduğumuzu göstərdik”, – “Marca” nəşri fransalı ulduzun sözlərini sitat gətirir.

Həmçinin Mbappe PSJ-nin gələcəkdə Çempionlar Liqasına qazanacağına əminliyini bildirib:

“Çempionlar Liqasını qazanmaq uzun bir prosesdir. Əminəm ki, PSJ bundan uzaq deyil. Bu axşam kədərliyik, məyus olduq”, – italyan jurnalist-insayder Fabritsio Romano fransalı ulduzdan sitat gətirir.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz futbolçu Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 306 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla