AZ

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir

Rimini, 8 may, AZƏRTAC

İtaliyanın Rimini şəhərində “Macfrut 2024” beynəlxalq sərgisi işə başlayıb. Azərbaycan sözügedən tədbirdə ilk dəfədir iştirak edir.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını təqdim edir. Belə ki, stenddə ölkəmizdə istehsal olunan müxtəlif meyvə-tərəvəzlər, ədviyyatlar, giləmeyvələr, qurudulmuş meyvələr, bitki yağları və digər məhsullar nümayiş olunur.

Bundan başqa, stenddə qida-dəyər zəncirinin formalaşmasında rol oynayan qurumlar – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), AZPROMO və ADA Universiteti təmsil olunur.

Ziyarətçilərə ölkəmizin aqrar sahədəki potensialı, qida sənayesində təhlükəsizliyin təmin olunması, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanları, ADA və Bolonya universitetlərinin Dayanıqlı Bağçılıq Sistemləri mövzusundakı birgə sertifikat proqramı barədə ətraflı məlumat verilir.

Sərgi mayın 10-dək davam edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Rimini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
3
Mənbələr
Şərh ()
Bağla