AZ

Hava xəbərdarlıqları belə açıqlanacaq

Bakı. Trend:

Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsiilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtibedilməsinə dair daha bir yenilik “Rəng” Xəbərdarlıq Sistemi”nəkeçidlə bağlıdır.

Trend-in məlumatına görə, bunu Milli HidrometeorologiyaXidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuatkonfransında bildirib.

"Bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün dahaanlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki buda əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığınəhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir.

Sarı Xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə vəəmlaka “Orta risk” deməkdir. Yəni, bəzi ərazilərdə meteorolojirisklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçünbəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilənmeteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcəkrisklərdən uzaq olmaq anlamına gəlir.

NARINCI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə ,yaşayış sahələrinəvə əmlaka “YÜKSƏK RİSK” deməkdir.
Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlakatəhlükə yarada, dağıntılar və təlafatlar ola bilər.

QIRMIZI XƏBƏRDARLIQ- ictimai təhlükəsizliyə, yaşayış sahələrinə vəəmlaka ”ÇOX YÜKSƏK VƏ EKSTREMAL RİSK” deməkdir.Təhlükəlimeteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensivmeteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsivə əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çoxyüksəkdir", - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
az.trend.az

10Mənbələr