AZ

Slovakiya da “Həmrəylik Halqası”ndan yararlana biləcək - Azər Qarayev

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycanasəfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında BirgəBəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrində yenisəhifə açır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycanla Slovakiya Respublikasıarasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəflimünasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isəAzərbaycanla Slovakiya arasında münasibətlər artıq yeni, dahayüksək səviyyəyə çatmaq üzrədir.

"Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlaryol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi iləməşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı,elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsindəəməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə ikiölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiştorpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.

Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkətitərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi mənadaşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrininsəmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azadedilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllışəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalımütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanlarısevindirəcək".

Politoloq vurğulayıb ki, önəmli hadisələrdən biri də BirgəBəyannamənin imzalanması oldu.

"Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığınyaradılması haqqında Birgə Bəyannamə çox ciddi siyasi sənəddir.Prezident İlham Əliyev bəyanatında məhz bu sənədin önəmini xüsusivurğuladı.

Artıq bu il Avropa ölkələrinə təbii qaz ixracı 12 milyardkubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizinitəşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqıməkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qazhasilatını artırır.

Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir.2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması iləAzərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşıimkanlar yaradılıb. Bu mənada, Azərbaycan təbii qazını 9-cu Avropaölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu danəzərə almaq lazımdır ki, Azərbaycan Avropaya yenilənəbilən enerjimənbələrindən hasil etdiyi enerjinin ixracını planlaşdırır. Bubaxımdan Slovakiya Balkan yarımadasına çıxacaq elektrik enerjisixəttindən yararlana bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
az.trend.az

4Mənbələr