AZ

Azərbaycan kinosundan çıxarılan ədəbsiz səhnələr

Filmlərdə öpüşmə, qucaqlaşma və digər intim səhnələr tamaşaçılarda həmişə fərqli münasibətlər doğurub. 

Azərbaycan kimi müsəlman ölkəsində də belə səhnələr həmişə birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə, hətta qalmaqallara səbəb olub. Uzağa getməyək, iki il öncə əksər KİV-lərdə və sosial şəbəkələrdə rejissor Yavər Rzayevin çəkdiyi “Ilahi məxluq” filmi ilə bağlı açılan müzakirələri yada salmaq kifayətdir.

 

Bu filmdəki erotik bir səhnə – çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulayırdı.

İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətti gözlənilməlidir. Bu, o cümlədən də milli filmlərə aid edilir. Cəmiyyətdə əksəriyyət düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən qırmızı xətt filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.

Doğrudur, bu fikirlərlə bir çox rejissorlar razı olmadıqlarını dəfələrlə ifadə ediblər. Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər.

Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.

 

 

 

Məsələn, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.

Nəticədə “Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H. Məmmədov bununla bağlı xatirələrində belə demişdi:

“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.

Bununla belə bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyi tərəfindən “qayçılanıb”.

Belə səhnələri çəkən rejissorlarımız isə məcburən həmin rolların qadın ifaçılarını Azərbaycandan kənarda axtrarmalı olublar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
587
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23337
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16105
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14548
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Helikopterin qalıqları tapılıb
9822
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
9604
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7214
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6709
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5409
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5328
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4177
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4075
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3634
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2158
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1701