AZ

Zaqataladakı “Şef Dönər” bağlandı - DÖNƏRLƏRİNDƏ BAKTERİYA VARMIŞ

Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə bağlı müraciət daxil olandan dərhal sonra Agentlik əməkdaşları əraziyə ezam edilib.

"Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir" - AQTA SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI

Yoxlama nəticəsində bakteriyalar aşkarlanan bu dönərxanalar da bağlandı – SİYAHI

Agentlikdən FED.az-a verilən xəbərə görə, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib. Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

Əlavə olaraq bildirilib ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16576
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12159
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9794
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3392
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3030
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2857
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2473
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2059
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2045
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1457
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1053
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
960
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
949
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
937
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
916
Mayın ilk gününün havası açıqlanıb
811
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
799
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721