AZ

Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Sevinc
“Uğurlu xarici siyasət, ölkəmizin dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
“O cümlədən respublikamızla Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”. Deputat bildirib ki, Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Millət vəkilinin sözlərinə görə, Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər daha bir Avropa ölkəsi ilə əlaqələrimizin inkişafının göstəricisidir. "Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bizim müştərək yolumuz çox uğurlu olacaq. Səfər zamanı ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə çox mühüm siyasi sənəddir və qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldıracaq. Bu sənəd Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini də müəyyən edir. İmzalanan sazişlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu da gələcək münasibətlərdə vacib amil kimi dəyərləndirilə bilər". Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ də Slovakiya Baş nazirinin ölkəmizə səfəri zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ölkəmizin hədəfində 2027-ci ilin sonuna qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi də dayanır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər. Dövlət başçısının dediyi kimi, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.

Sevinc Fətəliyeva qeyd edib ki, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işinə qoşulması dost münasibətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunacaq. Bu fakt həm böyük rəmzi məna daşıyır, həm də qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13910
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11133
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9129
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2976
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2529
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2255
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2155
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2099
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1136
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
763
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
698
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
667
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
614
Arda Gülər dayanmır, yenə fərqləndi -
587