AZ

Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı

Zaqatalada
Zaqatalada baş verən zəhərlənmənin səbəbi dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsidir. 1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib. Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Həmçinin 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13039
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10189
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8893
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2746
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2317
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1794
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1438
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1378
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
601
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
584
Arda Gülər dayanmır, yenə fərqləndi -
560
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
544
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Azərbaycan nefti ucuzlaşdı
472
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
462