AZ

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

BMT

Bakı, 8 may, AZƏRTAC

BMT mayın 8-9-da II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, 22 noyabr 2004-cü il tarixli 59/26 saylı qətnamə ilə BMT Baş Assambleyası 8-9 may tarixlərini anma və barışıq vaxtı elan edib və üzv dövlətlərin fərdi qələbə, qurtuluş və anma günləri ola biləcəyini qəbul edərək, onları ortaq anım tədbirləri keçirməyə dəvət edib. Məqsəd BMT-nin, qeyri-hökumət təşkilatlarının və fərdlərin hər il bu günlərdən birini və ya hər ikisini uyğun bir şəkildə qeyd etməsi və İkinci Dünya müharibəsində həlak olanların hamısına ehtiramlarını bildirməsidir.

Baş Assambleya vurğulayıb ki, bu tarixi hadisə gələcək nəsilləri müharibə bəlasından xilas etmək üçün BMT-nin yaradılması ilə nəticələnib, həmçinin üzv dövlətləri yeni çağırışlar və təhdidlərlə mübarizədə səylərini birləşdirməyə çağırıb. BMT-nin sülh quruculuğunda mərkəzi rol oynaması, bütün mübahisələrin təşkilatın Nizamnaməsinə uyğun olaraq və beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətməyən şəkildə dinc yolla həll edilməsi vacibdir.

BMT bu anım günlərində 2010-cu ildə və 2015-ci ildə anım tədbirləri keçirib. Sonuncu mərasim zamanı təşkilatın Baş katibi Antonio Quterreş qeyd edib ki, İkinci Dünya müharibəsi tarixdə azadlıq və müstəqillik uğrunda ən epik mübarizələrdən biridir. O əlavə edib ki, onun dəyəri hesablana və anlaşıla bilməz; 40 milyon dinc sakin, təkcə Sovet İttifaqından 10 milyon əsgər, ümumilikdə isə 20 milyondan artıq hərbçi həlak olub.

Baş Assambleya 69/267 saylı qətnamədə xatırladıb ki, İkinci Dünya müharibəsi bəşəriyyətə, xüsusən də Avropa, Asiya, Afrika, Sakit okean hövzəsi və dünyanın digər yerlərində insanlara sonsuz kədər gətirib. BMT bu müharibənin bitməsindən sonra onun fəsadlarının aradan qaldırılması və sülhün, beynəlxalq və regional əməkdaşlığın, demokratik dəyərlərin, insan hüquqlarının və əsas azadlıqların təşviq edilməsində, regional və subregional dövlətlərin yaradılmasında əldə edilmiş tərəqqini vurğulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16600
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12170
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9795
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3882
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3396
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3038
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2861
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2477
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2059
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2048
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1457
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1053
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
964
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
952
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
944
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
920
Mayın ilk gününün havası açıqlanıb
811
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
799
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721