AZ

"Slovakiya Azərbaycanla əməkdaşlıq etməkdə daha çox maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri ayrı-ayrı dövlətlərlə məhz ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsindən ibarətdir. Belə ki, Azərbaycan istənilən ölkə ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Bu xüsusda Avropa ittifaqı dövlətləri ilə ikitərəfli əlaqələrin inkişaf etdiriməsi də xüsusi önəm kəsb edir. Məlumdur ki, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Eyni şəkildə Avropa ittifaqı ölkələri üçün də Azərbaycan önəmli yerlərdən birini tutur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində oynadığı rol xüsusi olaraq qiymətləndirilir: ”Slovakiyaya gəldikdə isə məlum olduğu kimi bu ölkə Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq tanıyan ölkələrdəndir. Azərbaycan və Slovakiya arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Keçən dövr ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb. Bu gün Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni perspektivlər açır. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

Məlumdur ki, səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalandı. Dövlət başçısının da dediyi kimi bu çox ciddi siyasi sənəddir və faktiki olaraq Azərbaycanla Slovakiya arasında münasibətləri ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bununla yanaşı “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb.

Ölkə başçısı öz çıxışında bu məqama xüsusi olaraq diqqət ayıraraq bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldığını və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verildiyini bildirdi.

Diqqət çəkən digər bir məqam da energetika sektorunda əməkdaşlıq məsələsi oldu ki, bu da çox önəmlidir. Məlumdur ki, Azərbaycan hazırda Avropa İttifaqının 8 ölkəsinə təbii qaz ixrac edir. Prezident mətbuata açıqlamasında bəyan etdi ki, 9-cu ölkənin məhz Slovakiya olacağına inanır. Bu məsələ kifayət qədər realdır, çünki keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
Ümumiləşdirərək demək olar ki, bu səfərin Azərbaycanla Slovakiya arasında bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcəyi şübhəszidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13127
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10277
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8902
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2755
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2338
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2106
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1981
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1798
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1486
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1412
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
927
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
636
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
602
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
591
Arda Gülər dayanmır, yenə fərqləndi -
561
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
549
Azərbaycan nefti ucuzlaşdı
489
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
466