AZ

İki gəncin faciəvi ölümü haqda müəmma böyüdü: “Onlar bu oteldə olmayıblar”

“My Music” otelində zəhərlənən dörd dostdan ikisinin ölməsi, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi müzakirələrə səbəb olub. İctimaiyyət gənclərin həm özlərinin, həm də atalarının yüksək vəzifədə işlədiyini qeyd edərək onlara sui-qəsd təşkil edildiyini iddia edib.

Lakin zərərçəkənlərin ailə üzvləri onların oteldə verilən göbələkdən zəhərləndiklərini bildiriblər. Bundan başqa, ailə Nicat Cabbarlı və Xəzər Cabbarlının spirtli içki içmədiyini bildirərək, onların içkidən ölmə xəbərini də təkzib edib.

Əgər hər şey ailənin dediyi kimidirsə, otel sahibi məsuliyyətə cəlb oluna bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, əgər gənclərin oteldə yediyi göbələkdən zəhərləndiyi sübuta yetirilərsə, otel sahibi məsuliyyətə cəlb olunacaq.

“Cinayət Məcəlləsinin 200.4 maddəsinə əsasən, bilə-bilə keyfiyyətsiz məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların keyfiyyətsiz olmasının gizlədilməsi, məhsulun ehtiyatsızlıqdan həmin şəxsin ölümünə və ya digər amillərə səbəb olduğu halda obyekt sahibinə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur. Təbii ki, onların əməllərində başqa cinayətin tərkib hissəsi yoxdursa”.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “My Music” oteli ilə əlaqə saxlayıb.

Otelin əməkdaşı xəbəri təkzib edib:

“Dünəndən jurnalistlər otelə gəlir, çəkiliş etməyə çalışır. Amma yayılan xəbərlər həqiqəti əks etdirmir. Dörd nəfərin zəhərlənməsi halı bizim oteldə baş verməyib. O şəxslər, ümumiyyətlə, bizim oteldə olmayıblar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13910
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11133
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9129
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2977
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2529
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2255
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2155
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2103
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1136
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
763
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
700
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
667
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
614
Arda Gülər dayanmır, yenə fərqləndi -
587