AZ

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB

Ankarada
Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. 1news.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsinə bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olundu. İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər zaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulandı. Azərbaycanın Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyi diqqətə çatdırıldı. Bildirildi ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq qurum kimi dəyərləndirilmiş, TDT çərçivəsində səylərin davam etdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimi qiyulmuşdur. Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edildi. Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə olundu. 2023-cü ildə qarşılıqlı ticarətin 31% artaraq rekord 7,65 mlrd. ABŞ dollarına çatdığı bildirildi, ticarət dövriyyəsi həcminin 15 mlrd. ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları bildirildi. Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulandı. Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olundu. Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulandı. İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirildi. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 42,5% artdığı diqqətə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu. Dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5 milyon tona çatdırılmasına şərait yaradacaq. Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulandı. Türkiyə tərəfinin diqqətə çatdırıldı ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunur. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb. İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpa olunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənildi. Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzaladılar. İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalandı. Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış etdilər. *** 16:42 Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.

1news.az xəbər verir ki, Mərasimdə sənədlərin imzalama mərasimi baş tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15338
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11743
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9507
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3498
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2810
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2775
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2618
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2281
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1935
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1845
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
938
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
879
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
871
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
762
Mayın ilk gününün havası açıqlanıb
726
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721