- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Neftə tələbatın ən yüksək həddə çatacağı məsələsi dünyanın ən böyük istehlakçı ölkələrinin daxil olduğu Beynəlxalq Enerji Agentliyi ( BEA ) ilə Neft İxrac Edən Ölkələr Təşkilatı ( OPEC ) arasında fikir ayrılığına səbəb olmaqda davam edir.
Banco.az xəbər verir ki, BEA təmiz enerjiyə keçidin sürətlənməsi ilə 2030-cu ildə qalıq yanacağa tələbatın ən yüksək həddə çatacağını və azalma tendensiyası başlayacağını iddia edib. Amma neft sektoruna trilyonlarla dollar investisiya tələb edən OPEC qrupu, qlobal neft tələbinin 2030-cu ildən sonra da artacağını proqnozlaşdırır.
Bundan əlavə, son neft bazarı hesabatına görə, qrup hazırda gündə 104,5 milyon barel olan qlobal neft tələbinin 2045-ci ilə qədər gündəlik 116 milyon barrelə çatacağını təxmin edir. Agentlik 2030-cu ildə bu tələbatın sutkada 102 milyon barrelə çatacağını və daha sonra elektrik nəqliyyat vasitələrinin geniş vüsət alması və bərpa olunan mənbələrin daha çox elektrik enerjisi istehsalında istifadə olunması ilə azalacağını proqnozlaşdırır.
Ekspertlərin analizinə görə, tələbin davamlı artması iqtisadiyyatları çətin vəziyyətə sala bilər.
Digər tərəfdən, ekspertlər qlobal xam neft tələbinin növbəti 10 ilin sonunda artmağa davam edəcəyi təqdirdə yarana biləcək mənfi ssenarilər barədə xəbərdarlıq ediblər.
Vaşinqtonda yerləşən Rapidan Energy Group konsaltinq firmasının prezidenti Bob MakNally bildirib ki, qlobal xam neft tələbinin nəzərdə tutulan müddətdə ən yüksək həddə çatmasa neft qiymətlərini artıra bilər. Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin maliyyə direktoru Ziyad əl-Mürşəd isə son açıqlamasında bu il neftə tələbatın sutkada 1,7 milyon barel artacağını gözlədiklərini vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.