AZ

Sofiya ilə Bakı arasında birbaşa uçuşlar olacaq

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir.

“Bulgaria Air” Bakıya uçuşlara başlayacaq

FED.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

O bildirib ki, cari ildə Bolqarıstana təbii qaz ixracının həcmi illik sərfiyyatın 50 faizini ötəcək.

Nazir qeyd edib ki, iki ölkə arasında yaşıl enerji istehsalında da əməkdaşlıq əlaqələri mövcuddur və bu istiqamətdə danışıqlar davam edir.

“Bizim əməkdaşlıq əlaqələrimiz yalnız enerji sahəsi ilə məhdudlaşmır. Hər iki dövlət nəqliyyat, tranzit, logistika sahəsində də əməkdaşlığa hazırdırlar. Bu gün keçirilən biznes forumun da məqsədi iş adamlarının, biznes strukturlarının yaxınlaşmasına və qarşılıqlı faydalı əməkdaşlığına nail olmaqdan ibarətdir. Bu ilin iyun ayında Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysləri açılacaq. Artıq AZAL ilə “BolqarAİR” şirkətləri arasında müvafiq sənəd imzalanıb. Bu reysin açılması hər iki ölkənin turizm sənayesinin inkişafına təkan verməklə yanaşı iş adamlarının da səfərlərinin artmasına səbəb olacaq. Azərbaycan ilə Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalarda da yaxın əməkdaşlıq edirlər”, - deyən nazir qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini bildirib. (Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15816
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11867
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9608
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3637
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3038
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2906
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2707
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2356
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1973
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1947
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1367
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
974
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
907
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
891
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
874
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
860
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
778
Mayın ilk gününün havası açıqlanıb
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721