AZ

YUNESKO qədim İrəvanın taleyinə hələ də laqeydlik edir...

Image

Zaur İbrahimli: “Ermənilər azərbaycanlılara aid  mədəni tarixi irsin silinməsini sistemli hala salıb”

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri (QHT) UNESCO-nun Baş direktoru Odre Azuleyə (Audrey Azoulay) İrəvanın qədim Təpəbaşı məhəlləsi ilə bağlı açıq məktub ünvanlayıb. QHT-lər  Ermənistanda Azərbaycan xalqının maddi mədəni irsinin dağıdılmasını dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Məktubda azərbaycanlıların tarixən yaşadığı Ermənistanda azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparıldığı, tarixi izlərin silinməsinə cəhd edildiyi bildirilib. 

Sənəddə vurğulanıb ki, Ermənistan hakimiyyətinin, Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara zidd fəaliyyətdir.

“Erməniləri dayandırmasaq, onlar tarixi silmək cəhdlərindən əl çəkən deyillər, bu səbəbdən də onlara qarşı təsirli tədbirlər görülməlidir” 

Məktubu imzalayan "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Vətəndaş Cəmiyyəti dəfələrlə Ermənistanın Azərbaycan mədəni irsinin dağıdılması, tarixi izinin silinməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib: “Bu səfərki müraciət tarixən azərbaycanlıların yaşadığı İrəvan şəhərinin Təpəbaşı adlı qədim məhəlləsi ilə bağlıdır. Hazırda ermənilər həmin məhəllənin adını dəyişdirib və orda olan məscid, qəbiristanlıqları dağıdır. Bu isə tarixi izlərin silinməsinə göstərilən cəhddir. Hesab edirəm ki, UNESCO və digər beynəlxalq təşkilartlar ermənilərə dur deməlidir. Ermənilər azərbaycanlılara aid  mədəni tarixi irsin silinməsində sistemli hala salıb. Demək olar ki, dövlət səviyyəsində   bu siyasət aparılır. Çox təəssüf ki, Ermənistanda 1870-ci ildə qeydiyyatdan keçən 269 məsciddən bu gün yalnız 1-i qalıb. Bundan əlavə 30 illik işğal dövründə Qarabağ bölgəsində olan706 tarixi abidənin əksəriyyəti dağıdılıb. Baxmayaraq həmin abidələrdən 11-i beynəlxalq əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdı. Qarabağ müharibəsi nəticəsində 400-ə yaxın abidə dağıdılıb. Bütün faktlar onu göstərir ki, Azərbaycan vətəndaş cəmiyyəti öz narazılığını bildirməkdə haqlıdır. UNESCO və digər beynəlxalq təşkilatlar məlum məsələ ilə bağlı hərəkətə keçməlidir. Erməniləri dayandırmasaq onları tarixi silmək cəhdlərində əl çəkən deyillər. Bu səbəbdən də ermənilərə qarşı təsirli tədbirlər görülməlidir”.

Z.İbrahimli onu da əlavə etdi ki, Azərbaycan vətəndaş cəmiyyətləri məlum problemlə bağlı UNESCO ilə əməkdaşlıq etməyə hazırdır.  O cümlədən, digər ixtisaslaşmış beynəlxalq təşkilatlarla da əməkdaşlıq edilməlidir. Bu istiqamətdə Azərbaycan QHT-lərinin fəaliyyəti davam edəcək: “Ermənilərin tarixi məhv etməsinə göz yummayacağıq. Bu istiqamətdə daha təsirli tədbirlər, işlər görüləcək”.

Günel CƏLİLOVA  





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22871
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13150
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8706
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5130
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4499
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3373
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332