AZ

Hava xəbərdarlıqları bundan sonra belə açıqlanacaq...

Image

Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsinə dair daha bir yenilik “Rəng” Xəbərdarlıq Sistemi”nə keçidlə bağlıdır.

Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir.

Sarı Xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “Orta risk” deməkdir. Yəni, bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçün bəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir.

NARINCI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə ,yaşayış sahələrinə və əmlaka “YÜKSƏK RİSK” deməkdir.
Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər.

QIRMIZI XƏBƏRDARLIQ- ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ”ÇOX YÜKSƏK VƏ EKSTREMAL RİSK” deməkdir.Təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi və əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir", - o qeyd edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23334
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16085
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14542
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Helikopterin qalıqları tapılıb
9799
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
8979
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7209
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6708
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5403
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4177
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4066
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3634
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2154
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1700