AZ

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan RespublikasınınPrezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də MilliGimnastika Arenası ilə tanış olublar.

Trend xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov vənazir müavini Mariana Vasileva Arenada yaradılan şərait barədəBolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.

Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş MilliGimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastlarınbeynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakıgimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir.Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar,atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Kompleksdə,həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya,trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar,kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşıgimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel dəyaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalininbədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi,yerli idmançıların hazırlanması, yığma komandalarınformalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara,toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı,Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davametdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları vəbeynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıramötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərləyanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılışmərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyioyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünyaçempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birincixanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.

Daha sonra Prezident Rumen Radev və birinci xanım DesislavaRadeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı vəidman xadimləri ilə görüşüblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkliçəkdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16338
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12069
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9742
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3800
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3285
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2985
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2788
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2425
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2016
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1999
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1435
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1032
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
938
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
930
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
915
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
789
Mayın ilk gününün havası açıqlanıb
780
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721