AZ

Daniel Karvaxal: “Baş məşqçimiz elə hey qorxur”

“Real”ın ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal Çempionlar Liqasının yarımfinalında “Bayern”lə qarşıdakı cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, tərəflər arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Cənab (“Real”ın baş məşqçisi Karlo Ançelotti – redaktorun qeydi) getdikcə daha çox qorxur! Düzdür, bu adidir, çünki bizi finaldan bir oyun ayırır və güclü rəqiblə qarşılaşırıq. Bu axşam komanda yoldaşlarımla şam yeməyindən sonra digər yarımfinalı izləməyi səbirsizliklə gözləyirəm (PSJ – “Borussiya” (Dortmund) oyunu (0:1) – redaktorun qeydi).

Hər şey bitəndə xatırlamaq istədiyim gözəl anları yaşayıram. Mən qorxu haqqında düşünmürəm, sadəcə olaraq futbol oyununa köklənirəm və əsəblərimə güc sərf etmirəm.

Məntiqlidir ki, məmnunluq hissi var, çünki biz cəmi iki məğlubiyyətlə əla bir il keçiririk. Ancaq indi yaşadığımız məqam böyük ümid verir, çünki Çempionlar Liqası Kubokunu yenidən qaldırmağın iki oyunluğundayıq. Biz küçəyə çıxanda bütün madridlilər bizi mövsüm münasibətilə təbrik edir və irəli getməyə təşviq edirlər. 15-ci Çempionlar Liqası kubokunu qazanmağı xəyal edirik, niyə də olmasın?”, – Daniel Karvaxal final öncəsi düşüncələrini paylaşıb.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bayern”i bu gün, mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Daha əvvəl Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırımış Dortmund “Borussiya”sı finalda rəqibini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla