AZ

Lionel Messi daha bir nailiyyəti ilə XXI əsrin rekordunu vurdu

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi futbolçu karyerasında daha bir nailliyət əldə edərək, mütləq rekord müyyən edib.

Arena.az məlumat verir ki, Messi XXI əsrdə qol və məhsuldar ötürmələrin cəmi üzrə 1250 xal toplamış ilk futbolçu olaraq mütləq rekord müəyyənləşdrib.

“Leo” bu uğuruna MLS-in müntəzəm mövsümü çərçivəsində “İnter Mayami”nin evdə “Nyu-York Red Bullz” üzərində 6:2 hesablı qələbə qazandığı oyunda nail olub. Həmin oyunda Messi 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənmişdi.

Beləliklə, Messi futbolçu karyerasında bir oyunda həm 5 qol vurmuş və həm də 5 məhsuldar ötürmə vermiş yeganə futbolçu kimi tarixə düşüb.

Messinin qol və məhsuldar ötürmələrin cəmi üzrə 1250 xalı həm klub və həm də milli yığma komandadakı oyunlarını ehtiva edir:
Klub karyerası ərzində: 900 oyun, 733 qol, 355 məhsuldar ötürmə;
Milli yığma karyerası ərzində: 180 oyun, 106 qol, 56 məhsuldar ötürmə;

Cəmi: 1080 oyun, 839 qol, 411 məhsuldar ötürmə;
Qol (839) və məhsuldar ötürmələrin (411) cəmi üzrə: 1250 xal.

Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 25 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
arena.az

1Mənbələr