AZ

ABŞ-ın "Duayt Eyzenhauer" təyyarədaşıyan gəmisi Qırmızı dənizə qayıdıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Duayt D.Eyzenhauer" təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqində qaldıqdan sonra Qırmızı dənizə qayıdıb.

Herbiand.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Gəmi 2023-cü ilin oktyabrından bəri ilk liman səfərini edərək Aralıq dənizinin şərqinə yerləşdirildikdən sonra Qırmızı dənizə qayıdıb. Aprelin 28-də gəmi NATO-nun hərbi dəniz bazasının yerləşdiyi Krit adasındakı Souda körfəzinə daxil olub.

Aprelin əvvəlində “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda ABŞ regiona əlavə gəmi və təyyarələr göndərəcək. Nəşrin həmsöhbəti onu da vurğulayıb ki, "Duayt Eyzenhauer" təyyarədaşıyan gəmisi, həmçinin “Karni” və “Arli Byourk” idarə olunan raket esminesləri regionda qalacaq.

"Duayt Eyzenhauer" təyyarədaşıyan gəmisində 50-yə yaxın F/A-18 qırıcısı yerləşdirilib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla