AZ

Zidan Olimpiya camını alovlandıracaq

Fransa yığmasının sabiq futbolçusu, məşhur Zinəddin Zidan Marseldə (Fransa) Olimpiya camını alovlandıracaq.

Arena.az bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşrinə istinadən məlumat verir.

Bu gün, mayın 8-də Yunanıstandan Olimpiya məşəli ilə birlikdə “Belem” yelkənli gəmisinin gəlməsi ilə əlaqədar Marseldə bayram mərasimi keçirilir. Axşam Olimpiya məşəli quruya ötürüləcək.

Vurğulanır ki, qarşıdan gələn Olimpiya Oyunların keçirildiyi ölkənin ərazisində Olimpiya məşəlinin estafetinin ilk iştirakçısı üzgüçü Floran Manodu olacaq. Estafetin üçüncü iştirakçısı isə Zinəddin Zidan olacaq və o, sonradan Olimpiya camını alovlandıracaq.

Estafet iyulun 26-da Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla