AZ

Dopinqə görə cəzalanmış Pol Poqba komediya filminə çəkildi

“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba “4 sıfır” komediya filmində rol alıb və artıq filmdə çəkilişlərə də qatılıb.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu filmdə Poqba gənc futbolçuları yetişdirən məşqçi rolunu oynayıb.

Filmin 2025-ci il aprelin 9-da nümayiş etdiriləcəyi planlaşdırılır. Filmin aktyor heyətində “Monako”nun keçmiş oyunçusu Rolan Kurbis və “Oser”in keçmiş futbolçusu Gi Ru da yer alıblar.

Xatırladaq ki, ötən ilin avqustunda Poqba dopinq müayinəsindən müsbət keçib. Cari ilin fevral ayının 29-da antidopinq məhkəməsi yarımmüdafiəçinin 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu apellyasiya şikayəti verib. Hazırda bu iş üzrə yekun qərar gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla