AZ

Fernando Yerro “Əl-Nəsr”in yeni idman direktoru olacaq

“Real” və İspaniya yığmasının sabiq müdafiəçisi Fernando Yerro tezliklə “Əl-Nəsr” klubunun idman direktoru vəzifəsinə təyin ediləcək.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu Yerronun təyinatını yaxın günlərdə açıqlayacaq. Vurğulanır ki, ispan mütəxəssis klubla əmək müqaviləsi bağlamaq üçün bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Beləliklə, Yerronun səlahiyyətlərinə yeni oyunçuların imzalanmasına nəzarət daxildir.

56 yaşlı mütəxəssis əvvəllər İspaniya Kral Futbol Federasiyasında (RFEF), “Malaqa”da, həmçinin Meksikanın “Qvadalaxara” klubunda oxşar vəzifədə çalışıb. Fernando Yerro “Real”da köməkçi kimi də çalışıb, həmçinin “Real Ovyedo”nu çalışdırıb. DÇ-2018-də isə ispan mütəxəssis İspaniya yığmasının sükanı arxasında olub.

Xatırladaq ki, “Əl-Nəsr”in heyətində məşhur portuqal ulduz hücumçu Kristiano Ronaldo çıxış edir. Hazırda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlində 30 oyundan 74 xalla 2-ci pillədə qərarlaşıb. Çempionata 86 xalla “Əl-Hilal” başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla