AZ

XXI Türkiyə və Azərbaycan dostluğunun yeni yüzilliyidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu iki qardaş ölkənin bütün istiqamətlər üzrə əməkdaşlığının təşviqində həlledici rol oynayır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada mayın 8-də Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın bundan əvvəlki iclasının yekunları üzrə tərəflərin planlaşdırdığı 86 məsələdən 64-ü uğurla realizə olunub.

 

“Bu gün biz istehsalat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyinə diqqət yetirərək, iqtisadi qarşılıqlı əlaqə üzrə yeni tədbirlər planını nəzərdən keçiririk. Həm dövlət təşkilatları, həm də biznes dairələri arasında geniş təcrübə mübadiləsinin qurulması planlaşdırılır”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.

 

O deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bugünkü - 11-ci iclasının yekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgə addımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb. Xüsusilə iki ölkənin ticarət nazirliyi tərəfindən Türkiyə və Azərbaycan arasında ticarətin daha da sadələşdirilməsi üzrə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Həmçinin Türkiyə-Azərbaycan birgə gənclər forumunun keçirilməsi planlaşdırılır.

 

“Ötən ilin nəticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq məqsədi qoyulub. Əminəm ki, biz tezliklə məqsədimizə nail olacağıq. 2021-ci ildə qüvvəyə minmiş güzəştli ticarət barədə sazişin çərçivələrinin genişləndirilməsi də buna xidmət edir”, - deyə Cevdet Yılmaz vurğulayıb.

 

O qeyd edib ki, Türkiyənin Azərbaycanın iqtisadiyyatına qoyduğu birbaşa sərmayələrinin həcmi 13 milyard ABŞ dollarına çatıb, eyni zamanda, Azərbaycanın Türkiyəyə sərmayələrinin həcmi 21 milyard dolları ötüb. Türkiyənin podratçı şirkətləri bu günə qədər Azərbaycanda ümumi dəyəri 19,3 milyard dollar məbləğində 526 layihə həyata keçiriblər.

 

Cevdet Yılmaz Türkiyə tərəfinin erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesində də maksimal töhfə verməyə hazır olduğunu qeyd edib.

 

“XXI əsr təkcə Türkiyə Cümhuriyyətinin yeni uğurları dövrü deyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeni yüzilliyidir”, - deyə Türkiyənin Vitse-prezidenti vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19222
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13152
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10429
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4903
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4829
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3633
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3387
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2850
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2557
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1683
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1175
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1067
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1027
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1016
Mayın ilk gününün havası açıqlanıb
962
Arda dubl etdi - VİDEO
851
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
828