AZ

Kataloniya derbisi “Real”ı çempion etdi

“Barselona”nın Kataloniya derbisindəki məğlubiyyəti “Real”ın çempionluğuna səbəb oldu.

“Jirona” 2-ci yeri əldən verməsə, qışda İspaniya Superkubokunda oynayacaq. “Atletik”, “Atletiko”, “Real Sosyedad” və “Betis” qələbə qazandı, “Valensiya” ilə “Vilyarreal” gözlənilmədən, uyğun olaraq, “Alaves”lə “Selta”ya uduzdu. “Kadis”dən 8 xal aralanan viqolular elitada qalmaq şansını artırdı. “Almeriya” və “Qranada” ilə yanaşı, “Kadis” də, çox güman, elita ilə vidalaşacaq.
Turnir cədvəlində vəziyyət elə idi ki, “Real” həm özü qələbə qazanmalı, həm də “Barsa”nın xal itkisinə ümid etməliydi. Madridlilər bu vəzifənin öhdəsindən asanlıqla gəldi. “Bavariya” ilə oyunla müqayisədə start heyətində 10 dəyişiklik olmasına rəğmən, “Real”, gözlənildiyi kimi, dominantlıq etdi. Hissənin sonunda Sebalyosun zərbəsinin qarşısını Ledesma aldı, Xoselu isə topu tirin üstündən vurdu. “Qalaktikos” 2-ci hissədə təzyiqi bir qədər də artırıb istəyinə nail oldu. “Kadis” oyun ərzindəki 2-ci real qol vəziyyətini boşa verəndən dərhal sonra Modriçdən ötürmə alan Dias uzaq “9-luğ”a dəqiq zərbə vurdu. Bir qədər sonra Modriçlə Dias yenicə oyuna qoşulan Bellingemin fərqi artırmasına yardım etdi. Sona yaxın Qomes və Alkaras intriqanı bərpa etmək şansını qaçırdılar. Uzatma dəqiqələrində isə bəxtsiz Xoselu, nəhayət, fərqlənə bildi. Qələbəsiz seriyası 4 oyuna çatan “Kadis” aşağı dəstəyə bir addım da yaxınlaşdı. Ançelottinin komandası isə bu rəqib üzərində mövsüm ərzindəki ikinci 3:0-dan sonra “Barsa” ilə xal fərqini 14-ə çatdırdı.

Kataloniya derbisi maraqlı keçdi. “Jirona” ilə “Barselona” azarkeşlərə parlaq futbol bəxş etdi. Düzdü, “göy-qırmızılar” saatın tamamından sonra “yuxuya getdi”. Bu oyunu Madriddə də xüsusi maraqla izləyirdilər. Axı “Real”ın erkən çempionluğu üçün “Barsa”nın büdrəməsi lazım idi. Və belə də oldu. Düzdü, ilk yarıda qonaqlar üstün oynadı. 4-cü dəqiqədə hesab artıq 1:1 idi. Kristensenin zərbəsinə Dovbik cavab verdi. Qol sayını 20-yə çatdıran ukraynalı bombardirlər yarışındakı liderliyini möhkəmlətdi. Bundan sonra “Barsa” bir müddət rəqibi meydanın özünə aid hissəsinə sıxdı. Həmin zaman kəsiyində dözən “ağ-qırmızılar” fasilə ərəfəsində üzüldü. Qutyerresin Yamala qarşı kobudluğuna görə təyin olunan penaltini Levandovski qola çevirdi. Fasilədən sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Əvvəlcə “Barsa” daha kəskin hücumlar qursa da, son yarım saatda meydan sahibləri istədiyini etdi. Miçelin 65-ci dəqiqədə meydana buraxdığı Portu dərhal hesabı bərabərləşdirdi. Bu qolda Roberto kobud səhvə yol verdi. “Barsa” özünə gəlməyə imkan tapmamış daha bir qol buraxdı. Bu dəfə Portu ötürmə verdi, Qutyerresin zərbəsindən sonra Kundeyə dəyən top tora daxil oldu. Ruh yüksəkliyi qazanan meydan sahibləri 74-cü dəqiqədə daha bir qol vurdu. Portu havada olan topu uzaq küncə göndərdi. “Barsa” bir daha oyuna dönə bilmədi. “Jirona” isə uzatma dəqiqələrində fərqi darmadağın həddinə çatdırmağa yaxın oldu. Ölkə nəhəngini cari mövsümdə 2-ci dəfə də 4:2 hesabıyla məğlub edən “Jirona” 2-ci pilləyə yüksəldi. “Barselona” bütün turnirlərdə keçirdiyi son 4 oyunda 3-cü məğlubiyyəti aldı. Xavini irəlidə çoxlu iş gözləyir. Hələlik isə “Real”ın növbəti çempionluğunu izləməyə məcburdu.

“Real Sosyedad” qələbəsiz oyunlar seriyasını bitirdi. Basklar “doğma divarlar” arasında mövsümün sonunda açıq-aşkar motivasiyasız qalan “Las-Palmas”ın öhdəsindən gəldi. Onlar artıq ilk yarıda oyunun taleyini həll etdi. Qonaqlar oyunun əvvəlində hücuma hücumla cavab versələr də, irəlidə ciddi nəsə düşünə bilmirdilər. Daha kəskin hücumlar quran “Real Sosyedad” 33-cü dəqiqədə hesabı açdı. Fəal Bekkerin asmasından sonra qapıçının qaytardığı top Suaresdən səkərək tora düşdü. Üstəlik fasiləyə qədər “Real Sosyedad”ın “11 nömrə”si özü də fərqləndi. Bekker iti bucaq altından effektli zərbə vurdu. Meydan sahibləri 2-ci hissədə də dəfələrlə təhlükəli vəziyyət yaratdı. Ancaq fərq nə artdı, nə də azaldı. “Real Sosyedad” bu qələbə sayəsində “avrokubok zonası”nda yerini möhkəmlətdisə, “Las-Palmas” elitadakı yerinə görə narahat olmaya bilər.

34-cü tur
Real – Kadis 3:0
Dias, 51. Bellingem, 68. Xoselu, 90+3. (72654)
Real: Kurtua, Qarsiya, Naço, Militao, Karvaxal, Modriç, Kamavinqa (Valverde, 80), Sebalyos, Dias (Vinisius, 73), Gülər (Bellingem, 66), Xoselu.
Jirona – Barselona 4:2
Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1-p. (14090)
Jirona: Qassaniqa, Qutyerres, Blind, Lopes (Portu, 65), E.Qarsiya, Martin, A.Qarsiya, Errera, Savio (Fernandes, 86), Sıqankov (Kouto, 64), Dovbik.
Barselona: Ter Ştegen, Kanselo, Kubarsi, Arauxo, Kunde, Gündoğan, Kristensen (Pedri, 69), Roberto (Romeu, 79), Lopes (Rafinya, 69), Yamal (Feliş, 84), Levandovski (Torres, 79).
Malyorka – Atletiko 0:1
Rikelme, 5. (20519)
Atletiko: Oblak, Ermoso (Molina, 46/Saviç, 90), Ximenes, Vitsel, Rikelme, Aspilikueta (Mandava, 90), Barrios, Koke, Lyorente, Lino (Morata, 83), Korrea (De Paul, 80).
Xetafe – Atletik 0:2
İ.Uilyams, 27; 51. (12149)
Real Sosyedad – Las-Palmas 2:0
Suares, 33-öz qapısına. Bekker, 45+1. (29330)
Osasuna – Betis 0:2
Peres, 41. Fornals, 45+3. (18300)
Selta – Vilyarreal 3:2
Aspas, 22-p. Strand Larsen, 39. Duvikas, 82 – Moreno, 12. Gedeş, 65. (19548)
Valensiya – Alaves 0:1
Lopes, 68. (44643)
Rayo Valyekano – Almeriya 0:1
Losano, 30. (10684)
Sevilya – Qranada 3:0
Akunya, 11. Ən-Nəsiri, 51. Lukebakio, 80. (32658)
1. Real 34 27 6 1 74-22 87
2. Jirona 34 23 5 6 73-42 74
3. Barselona 34 22 7 5 70-43 73
4. Atletiko 34 21 4 9 63-39 67
5. Atletik 34 17 10 7 55-33 61
6. Real Sosyedad 34 14 12 8 48-35 54
7. Betis 34 13 13 8 43-39 52
8. Valensiya 34 13 8 13 37-39 47
9. Vilyarreal 34 12 9 13 56-58 45
10. Xetafe 34 10 13 11 41-47 43
11. Alaves 34 11 8 15 32-38 41
12. Sevilya 34 10 11 13 45-46 41
13. Osasuna 34 11 6 17 37-51 39
14. Las-Palmas 34 10 7 17 30-43 37
15. Selta 34 8 10 16 40-52 34
16. Rayo Valyekano 34 7 13 14 27-43 34
17. Malyorka 34 6 14 14 27-40 32
18. Kadis 34 4 14 16 23-49 26
19. Qranada 34 4 9 21 36-64 21
20. Almeriya 34 2 11 21 33-67 17
Bombardirlər: Dovbik (Jirona) – 20, Bellingem (Real) - 18, Sörlot (Vilyarreal), Levandovski (Barselona) - 17, Budimir (Osasuna) – 16.
Növbəti turun oyunları mayın 10-13-ü aralığında keçiriləcək: Alaves – Jirona, Malyorka – Las-Palmas, Vilyarreal – Sevilya, Qranada – Real, Atletik – Osasuna, Kadis – Xetafe, Atletiko – Selta, Valensiya – Rayo Valyekano, Betis – Almeriya, Barselona – Real Sosyedad.

Turun rəqəmi
25 – Modriç “Real”ın heyətində qazandığı titul sayını bu həddə çatdırdı. 2012-ci ildə Madridə təşrif buyuran xorvatiyalı bu göstəricidə Marselo və Benzema ilə birgə liderliyi bölüşür. Modriç həm də “Real”ın heyətində çempionat oyununa çıxan ən yaşlı futbolçu oldu. “Kadis”lə oyun günü 38 yaş 238 günlük olan Luka Ferents Puşkaşın 1965-ci ildə müəyyənləşdirdiyi rekordu (38 yaş 233 gün) qırdı.

Turun ulduzu
Portu (Jirona) – turun mərkəzi oyununda sonradan mübarizəyə qoşulan yaşlı forvard cəmi 10 dəqiqə ərzində “Barsa”nın qapısına vurulan üç qolda iştirak etdi. Bir sözlə, oyunun axarını dəyişdi. Onu turun ulduzu saymaq üçün hər cür əsasımız var.

Turun sitatı
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Bu səviyyədə yolverilməz olan kobud səhvlər üzündən oyuna nəzarəti itirdik. Mövsüm ərzində bu problemi yaşadıq. “Jirona” ilə səfər oyununda da irəli çıxmışdıq, sonra oyunu əldən verdik. Belədə hansısa hədəf uğrunda mübarizə aparmaq çətindi. Düşünürəm ki, bütün bunlar həm də futbolçuların yaşına görə yetkin olmamasından irəli gəlir. Səhvlərdən nəticə çıxaracağıq”.


Faktlar
* “Real” bir mövsümdə məğlubiyyətsiz oyunların sayına görə öz rekordunu təkrarladı. Sonuncu dəfə sentyabrın 24-də “Atletiko”ya uduzan (1:3) Madrid klubu həmin vaxtdan bəri keçirdiyi 28 oyunun 22-də qələbə qazanıb, 6-da heç-heçə edib. Komanda 1989/90 mövsümündə də 28 məğlubiyyətsiz oyun keçirib.
* Ançelotti “Real”ın baş məşqçisi kimi 12-ci titulunu qazandı. İtaliyalı bu komandanı 2013/15 aralığında çalışdırıb, 2021-də yenidən “sükan arxasına” keçib. Ançelotti məşqçi kimi ümumilikdə 28 titul qazanıb. O, “Real”dan başqa “Yuventus”, “Milan”, “Çelsi”, PSJ və “Bavariya” ilə də titula yiyələnib.
* Ançelotti “Real”da titul sayında Zidanı arxada qoyaraq 2-ci pilləyə yüksəldi. Bu göstəricidə klub rekordçusu isə 14 titulla Migel Munyosdu.
* Tarixində 36-cı çempionluğu qazanan “Real” “böyük beşlik” ölkələrində bu göstəricidə rekordçu olan “Yuventus”a çatdı. “Bavariya” isə 33 dəfə çempion olub.
* Ançelotti İspaniya çempionluğunu qazanan ən yaşlı mütəxəssisdi - 64 yaş 329 gün. O elə özünün 2022-də müəyyənləşdirdiyi rekordu (62 yaç 336 gün) yenilədi. İlk “üçlüy”ə Fabio Kapello (2007-ci ildə 60 yaş 364 günlüyündə) da daxildi.
* Alaba Giqqzin “böyük beşlik” ölkələri üçün müəyyənləşdirdiyi çempionluq sayındakı rekorda yaxınlaşdı. O, “Bavariya” ilə 10 dəfə bundesliqanı qazanıb, 2 dəfə də “Real”la çempion olub. Fransisko Xento (hamısı “Real”la), Kinqsli Koman (2-si PSJ, 2-si “Yuventus”, 8-i “Bavariya” ilə), Tomas Müller (hamısı “Bavariya” ilə) və Lionel Messinin (10-u “Barselona”, 2-si PSJ ilə) də 12 çempionluğu var. “Böyük beşlik” ölkələrində çempionluq sayına görə rekordçu Rayan Giqqzdi. O, 13 çempionluğun hamısını “Mançester Yunayted”lə qazanıb.
* Ter Ştegen “Barselona”nın heyətində 409-cu oyuna çıxdı. Almaniyalı qapıçı oyun sayına görə Dani Alveşi (408) arxada qoydu. “Barselona”nın əcnəbi oyunçuları arasında yalnız Messi bundan çox (778) oyun keçirib.
Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Bu, ən çətin oyunlardan biri idi, ona görə ki, hər kəs “Bavariya” ilə cavab görüşünü düşünür. Haqq etdiyimiz qələbəni qazandıq. Düşündüklərimizin hamısını həyata keçirə bildik. Bizdə hər şey yaxşıdı, düşünürəm ki, bu, liqada ardıcıl 7-ci qələbimizdi. Bizim üçün parlaq mövsümdü”.
LA LİQA 2
38-ci tur: Vilyarreal B – Levante 0:3, Mirandes – Valyadolid 0:1, Ueska – Ovyedo 0:2, Rasinq – Elçe 3:1, Kartaxena – Alkorkon 1:0, Eybar – Amorebyeta 5:0, Andorra – Albasete 0:1, Espanyol – Sportinq 0:0, Eldense – Leqanes 1:2, Saraqosa – Burqos 1:3, Tenerife – Ferrol 2:0.
1. Leqanes 38 18 13 7 50-23 67
2. Valyadolid 38 20 7 11 46-31 67
3. Eybar 38 19 7 12 65-42 64
4. Espanyol 38 15 16 7 54-39 61
5. Ovyedo 38 15 13 10 47-33 58
6. Rasinq 38 16 10 12 59-52 58
7. Elçe 38 16 10 12 41-38 58
8. Burqos 38 16 9 13 49-49 57
9. Sportinq 38 15 11 12 43-38 56
10. Levante 38 13 16 9 45-41 55
11. Ferrol 38 14 12 12 43-46 54
12. Tenerife 38 14 10 14 35-36 52
13. Kartaxena 38 13 9 16 35-45 48
14. Zaraqosa 38 11 13 14 37-38 46
15. Albasete 38 11 12 15 44-51 45
16. Mirandes 38 11 11 16 43-51 44
17. Eldense 38 10 13 15 42-53 43
18. Ueska 38 9 15 14 31-30 42
19. Alkorkon 38 10 11 17 27-47 41
20. Vilyarreal B 38 10 9 19 36-55 39
21. Amorebyeta 38 9 11 18 34-52 38
22. Andorra 38 9 10 19 29-45 37
Bombardir: Breytueyt (Espanyol) – 20.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16326
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12067
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9742
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3796
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3273
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2981
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2784
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2425
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2016
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1999
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1434
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1028
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
938
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
930
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
914
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
789
Mayın ilk gününün havası açıqlanıb
777
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721