AZ

Yoahim Löv DÇ zəfəri haqda: “Mən ayaqyolunda qapanmışdım”

Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatı haqda xatirəsini paylaşıb.

Arena.az məlumat verir ki, alman mütəxəssis “ARD Wir Weltmeister” podkastında söhbəti zamanı, bundestimin dünya çempionatının qalibi olduqdan sonra, keçirdiyi duyğulardan söhbət açıb:

“Təsvir etmək çətindir, amma mən tək qalmaq istəyirdim. Paltardəyişmə otağında hər yerdə insanlar olduğu üçün özümü ayaqyolunda bağladım. Mən başa düşmək istədim ki, bu, həqiqətən baş verib, yoxsa bu, sadəcə yuxu idimi?

Deyək ki, Dünya Kubokunu qazandıqdan sonra əhval-ruhiyyəm düşündüyüm qədər yüksək deyildi, bunu heç gözləmirdim. Gecələr tez-tez oyanırdım. Başımdan müxtəlif vəziyyətlər keçirdi. Pis yuxu, sonra bu yorğunluq və daxili ağırlıq. Hər şey bir araya gəldi və düzünü deməliyəm – bir neçə gündən sonra mənim üçün o qədər də asan olmadı”, deyə Yoahim Löv xatırlayb.

Xatırladaq ki, DÇ-2014-ün final oyununda Almaniya yığması Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi. Qələbə qolunu oyunun 113-cü dəqiqəsində hücumçu Mario Götze vurmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla