AZ

"Çelsi" 17 yaşlı "Messinyo"nu alır

Braziliyada Messino (“kiçik Messi”) kimi tanınan “Palmeyras”ın perspektivli hücumçusu Estevao Villian İngiltərəyə köçməyə yaxındır.

90deqiqe.Az-ın "Relevo"ya istinadən məlumatına görə,“Çelsi” 17 yaşlı futbolçunun agentləri ilə danışıqlarda ciddi irəliləyiş əldə edib. Tərəflər demək olar ki, razılığa gəliblər. Eyni zamanda qeyd edilir ki, klublar - "Çelsi" və "Palmeyras"ın qərar verməli olduğu bəzi detallar var.

Nüfuzlu Transfermarkt portalı Estevao Villianı 10 milyon avroya qiymətləndirir. Futbolçu Braziliyanın 17 yaşadək gənclərdən ibarət yığmasında 5 oyun keçirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
40
90deqiqe.az

10Mənbələr