AZ

ŞOK: “Birinin anasını söydülər, o birinin bacısını” – Gəncədə döyüldülər

Ölkə futbolunda növbəti biabırçılıq yaşanıb.

U-16 liqasında Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” qarşılaşmasında qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən təhqir olunub, ardınca döyülüblər. Xəsarət alanlar var.

Hadisə barədə məlumat alan kimi “Qəbələ”nin U-16 komandasının baş məşqçisi Rəvan Rəcəbovla əlaqə saxlayıb yaşananlar barədə məlumat aldıq.

- Baş məşqçisi olduğunuz komandanın üzvlərinin Gəncədə fiziki təzyiqə məruz qalması barədə xəbərə rast gəldim. Hadisənin niyə və necə yaşandığını sizin dilinizdən eşitmək istərdim.

- “Kəpəz”lə oynayıdıq, ilk hissənin gedişində 0:1 uduzurduq. Oyun başlayandan meydanın kənarında dayanan azarkeşlər futbolçularımıza müxtəlif yollarla təzyiq göstərirdilər. Sayları 6-7 nəfər olardı. Uşaqlara tapşırdım ki, futbolda belə hallar olur, azarkeşlərə fikir verməyin, oyuna baxın. Nə desələr də, cavab verməyin. İkinci hissənin gedişində biz penaltidən yararlana bilmədik, əvəzində “Kəpəz” 2-ci topu vurdu. Oyun bu hesabla başa çatdı.

- Aha. Sonra?

- Matç başa çatan kimi azarkeşlər söyüşlə danışmağa başladılar. Sizi elə etdik, belə etdik və sair. Bəs etmədi, keçdilər söyüşə. Birinin anasını söydülər, o birinin bacısını. Komandamızdakı futbolçuların 15 yaşları var. Təzyiq göstərən, söyüş söyənlər də hardasa 18-19 yaşındadırlar. Ağır söyüşlərdən sonra bizimkilər dözməyib cavab qaytardılar. Biri o tərəfdən tullandı, biri qapını açıb içəri girdi, dava başladı.

- Meydanda olan məşqçilər, həkimlər, inzibatçılar nə edirdilər bəs? Ayıran yox idi?

- Təbii ki., ayırmağa çalışırdıq. Birinin gözünün altı qaraldı, o biri belindən zərbə aldı. Bir az olar Qəbələyə çatmışıq. Elə indi xəstəxanadan qayıdırıq. Allaha şükür, ciddi bir şey yoxdur.

- Bəlkə sizin futbolçulardan kimsə təzyiqə dözməyərək ağır söyüş söyüb? Ola bilər?

- Oyun epizodlarında futbolçular arasında müəyyən problemlər olur. Bunu peşəkar liqalarda da görürük. Amma azarkeşlərə söyüş söyən olmayıb. Uşaqların özlərindən də soruşdum. And-aman etdilər ki, ağır söyüşlər azarkeşlər tərəfindən başladı, biz də dözməyib o formada cavab verdik.

- “Kəpəz”in məşqçi, futbolçu, inzibati heyəti sizi qorumaq üçün heç nə etmirdi?

- Onlarda inzibatçı var, üzünü ilk dəfədir görürdüm. Bu adam davanı sakitləşdirmək əvəzinə, uşaqlarla söyüşlə danışırdı. Yekə adamdır, sakitləşdirməkdənsə, aranı qarışdırırdı. Mamed adlı biri qışqırır ki, bura Gəncədir, başınız qaçmasın. Uşağa belə söz deyərlər? Sən müəllimsən, özünü müəllim kimi aparmalısan.

- Neçə nəfər xəsarət alıb?

- 2-3 nəfərdirlər. Yaxşı ki, ciddi xəsarət alan olmadı.

- Oyun vaxtı polis yox idi?

- Xeyr-xeyr. Oyunlarda bəzən mühafizəçi olur, Gəncədə onu da görmədim. Belə oyunlarda mütləq mühafizə olmalıdır.

- Fiziki təzyiq görən, döyülən tərəf olaraq özünüz niyə polisə müraciət etmədiniz? Xəsarət və təhqir varsa, 102-yə zəng etməliydiniz.

- Nə bilim, vallah. Bir müddət meydandan çıxmadıq. Gözlədik ara sakitləşsin, onlar uzaqlaşsınlar, sonra gedək.

- Hadisədən sonra “Kəpəz” rəhbərliyindən zəng edən, üzr istəyən, barışdırıcı mövqe tutmaq istəyən də olmadı?

- “Kəpəz”də Elman adında köməkçi-məşqçi var, o, dedi ki, futboldur, belə hallar olur. Başqa heç kim.

- Bildiyimə görə, U-16 liqasında AFFA nümayəndəsi, hakim-inspektor, çəkiliş – bunların heç biri olmur. Polis və mühafizəçilər də cəlb olunmur. Sabah bundan da betər hadisə baş versə, heç bir sübut-dəlil tapılmayacaq.

- Xeyr, heç biri yoxdur.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13132
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8902
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2756
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2342
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2106
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1981
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1799
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1488
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1412
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
927
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
636
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
602
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
591
Arda Gülər dayanmır, yenə fərqləndi -
561
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
549
Azərbaycan nefti ucuzlaşdı
490
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
466