AZ

Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var

"Bu gün qasırğalı külək və yüksək dəniz dalğaları proqnozlaşdırılır, bu da qurğunun yerdəyişməsi üçün təhlükəli şərait yaradır..."
 
Amerikalı hərbçilər Qəzza bölgəsi sakinlərinə humanitar yardımın çatdırılması üçün müvəqqəti körpünün inşası üzrə işləri başa çatdırıb, lakin onu pis hava şəraiti səbəbindən müəyyən edilən yerdə quraşdıra bilmir, bölgə sahillərində qasırğa tüğyan edir.
 
Moderator.az xəbər verir ki, bu barədə brifinqdə jurnalistlər üçün Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx məlumat verib.
 
"Bu gün üçün müvəqqəti liman və körpünün hər iki hissəsinin inşası başa çatıb və dənizə son yerdəyişməsi gözlənilir", - Sinqx qeyd edib.
 
Sinqx əlavə edib ki, hazırda müvəqqəti konstruksiyanın yerdəyişməsi təhlükəsiz deyil.
 
"Bu gün əvvəlkitək qasırğalı külək və yüksək dəniz dalğaları proqnozlaşdırılır, bu da qurğunun yerdəyişməsi üçün təhlükəli şərait yaradır", - o, əlavə edib. 
 
"Ona görə də konstruksiyanın bölmələri və onların montajında iştirak edən gəmilər əvvəlkitək Aşdod limanındadır".
 
Sabrina Sinqxin sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı "yaxın zamanlarda limanın konstruksiyasının yerdəyişməsinə hazırdır".
 
Ötən həftənin sonunda ABŞ Qəzza bölgəsi sahilində dəyəri 320 milyon dollar olan müvəqqəti limanın quraşdırılması üzrə işləri hava şəraiti səbəbindən dayandırıb. Konstruksiya Aşdod limanına yerləşdirilib.
 
Bundan öncə məlumat verilib ki, amerikalı hərbi qulluqçular Qəzzanın şimal sahilindən bir neçə km aralıda yerləşəcək müvəqqəti limanın inşasına başlayıb. 
 
Mövcud plana uyğun olaraq humanitar yardım əvvəlcə Kiprdə gəmilərə yüklənəcək, oradan limana çatdırılacaq. 
 
Sonra yardım köməkçi gəmilərə yüklənəcək və xüsusi yaradılan körpüyədək çatdırılacaq. Oradan humanitar yardım yük maşınlarında Qəzza sakinlərinə paylanılacaq.
 
Qəzza bölgəsi ərazisində humanitar yardımın dəniz vasitəsilə çatdırılması üçün müvəqqəti limanın inşası barədə qərar ilk olaraq ABŞ prezidenti Co Bayden martın 7-də bəyan edib.
 
Pentaqon dəqiqləşdirib ki, ABŞ hərbi qulluqçuları humanitar yardımın çatdırılması zamanı gəmilərdən Qəzza bölgəsnə düşməyəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
8
moderator.az

10Mənbələr