AZ

Avropa Konfrans Liqasında ilk finalçı bəlli oldu - Video

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Arena.az xəbər verir ki, ilk finalçı Belçikada müəyyənləşib.

Belə ki, bu ölkəni təmsil edən “Brügge” doğma meydanda İtaliyanın “Fiorentina” komandasını sınağa çəkib. Bu komandalar arasındakı ilk görüşdə Florensiya təmsilçisi qələbə qazanmışdı – 3:2.

Bakı vaxtı ilə saat 20:45-də start verilmiş cavab görüşündə hesabı meydan sahibləri açıblar. Amma yekunda İtaliya təmsilçisi məğlubiyyətdən xilas olmağı bacarıb. Bu heç-heçə “Fiorentina”nı finala çıxarıb.

Bu raundun digər cavab matçı mayın 9-da keçiriləcək. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may

“Brügge” (Belçika) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Vanaken, 20 – Beltran, 85-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

9 may

23:00. “Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Piyer. Georgios Karaiskakis stadionu.
İlk oyun – 2:4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
2
arena.az

10Mənbələr