AZ

Ermənistan KTMT-ni maliyyələşdirməkdən rəsmən imtina etdi

Image

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməkdən imtina edib. Bu barədə Ermənistanın xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama verib.

O deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü il 23 noyabr tarixli “KTMT-2024 büdcəsi haqqında” qərarına qoşulmaqdan imtina edir və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Məlumata görə, KTMT Ermənistanın qurumu maliyyələşdirməkdən imtina etməsi barədə məlumatı təsdiqləyib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından bildirilib ki, bununla belə Ermənistan KTMT-nin üzvü olaraq qalır.

NAMİQ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
Mənbələr
Şərh ()
Bağla