AZ

Məşhur fransız aktrisa Venesiya Festivalının münsiflər heyətində

81-ci Venesiya Beynəlxalq Film Festivalının münsiflər heyətinə fransız aktrisası İzabel Yupper başçılıq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə festivalın saytı məlumat yayıb.

“Mənim festivalla çoxdan gözəl münasibətim var və bu tədbirdə imtiyazlı tamaşaçı olmaqdan şərəf duyuram”- deyə aktrisa bildirib.

Venesiya kinofestivalının direktoru Alberto Barbera Yupperlə bağlı seçimini belə izah edib:

"O, görkəmli aktrisa və böyük rejissorların ilham mənbəyidir, eyni zamanda gənc, bu sənətə yeni başlayan kinorejissorların filmlərində çəkilməkdən imtina etmir".

Qeyd edək ki, Venesiya festivalı avqustun 28-dən sentyabrın 7-dək keçiriləcək.

İzabelle Huppert "Pianoçu" filmində oynadığı rola görə Kann Film Festivalında "Ən yaxşı qadın aktrisa" nominasiyasında qalib olub.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
teleqraf.com

1Mənbələr