AZ

“Almatı da tarix yenidən yazıla bilər, İrəvanın artıq seçimi qalmayıb” –“Le Figaro” qəzeti

Fransanın “Le Figaro” qəzetində Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üçün aparılan danışıqlardan bəhs edən məqalə dərc olunub.

Beynəlxalq münasibətlər üzrə professor Sebastyan Busua öz məqaləsində nizamlanma prosesinin mümkün nəticələrini təhlil edib.

“Onilliklər ərzində davam edən müharibədən sonra dünyanın alovlandığı bir vaxtda regionda ikitərəfli sülhün bərpasına ümid var. Azərbaycan və Ermənistan ilin sonuna kimi beynəlxalq vasitəçilik formasının köhnəldiyini sübut edə bilərlər. Rusiya, ABŞ və Avropa İttifaqı cəhd etsə də Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsində uğurlu vasitəçilik edə bilmədi”, – məqalədə deyilir.

Sebastyan Busuanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri mayın 10-da Qazaxıstanda görüşəcək. Orada otuz ildən artıqdır davam edən münaqişənin yekun həllinə gətirib çıxara biləcək bütün elementləri müzakirə edəcəklər.

“Mayın 10-da Almatıda (Qazaxıstan) yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibi ölkənin danışıqlarda heç bir rolu olmayacaq, lakin bunun böyük simvolik əhəmiyyəti var. Orada SSRİ-nin dağılması zamanı onun başa çatdığını təsdiqləyən Alma-Ata Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”, – deyə o vurğulayıb.

Professorun sözlərinə görə, kəndlərin qaytarılması Ermənistanın münasibətləri normallaşdırmaq istəməsini göstərir.

Əslində Ermənistanın artıq seçimi yoxdur. ölkə mümkün qədər tez regional dinamikaya yenidən inteqrasiya etməlidir. Hər iki tərəf ümid edir ki, saziş noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, – professor əlavə edib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
azpost.info

1Mənbələr